Azəri versiyası  |  Главная
Страница 3759 из 9050 << < 3755 3756 3757 3758 3759 3760 3761 3762 3763 > >>
meryem |

salam zehmet olmasa deyerdiniz aybasi zamani qilinmayan namazin qezasini qilmaliyam?

Ответ / Cavab

Aleykumussalam

Xeyr, o namazların qəzası yoxdur

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
Ehlibeyt |

As salamun aleykum . Terkibinde spirt olan etir vurmaq olar? ( sistani aga)

Ответ / Cavab

Aleykumussalam

Qadağan deyil

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
Cabir |

Salam aleykum, etil spirti(этиловый спирт) haramdir ? ve ya murdar sayilir ?

Ответ / Cavab

Aleykumussalam

Tibbi spirt pakdır. Dezinfeksiya və kompress qəsdi ilə də işlətmək olar.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
Ya Hüseyn |

Salam Əgər vəhabilər sizə təhdid edirsə onları öldürmek olarmı?

Ответ / Cavab

Aleykumussalam

Adam öldürmək belə asan məsələ deyil.  İnsanı yalnız müharibədə döyüş zamanı, ya da insanın öz həyatına birbaşa təhlükə olduqda, öz həyatını qorumaq üçün özünü müdafiə məqsədi ilə öldürmək olar. Bir də məhkəmə hökmü ilə (ölüm hökmü icazə verilən yerlərdə). Sadəcə təhdid, insan öldürməyə əsas vermir.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
Salam |

Salam 1)yeni qedr gecesinde evel subh zohr esr sam xuften qilinir bele ardicil olarag coxlu qilmag olar? 2 men subh namazini qilandan sora 5 eded subh qeza qiliram bele etmek olarmi? Xamnei agaya teqlid edirem. Cox sagolun ALLAH sizden razi olsun.

Ответ / Cavab

Aleykumussalam

1. Bəli, olar. Amma şam namazından başlayıb, o ardıcıllıqla qılmaq daha yaxıdır.

2. Olar. Amma namazların qəzasını ardıcıllıqla qılmaq daha yaxşıdır. Yəni, sübh qızası qılandan sonra, zöhr qəzası, sonra əsr qəzası və belə qılmaq.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
sevda |

Geceniz xeyr.aga zohr namaziyla esr namazi bir yerde qilina bilermi ard-arda zohr namazi vaxti.

Ответ / Cavab

Aleykumussalam

Bəli, qılına bilər

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 19 Апрель, 2014
NURLAN |

Assalamualekum.Qardas biz Namazda ALLAHU AKBAR deyende iki elimizi Qunutda iki elimizi Dua edende ikielimizi qaldiririq amma neye gore uzumuze cekende sag eli cekmeyimiz daha yaxsi hesab edilir.Bu suala cavab tapmaga mene komek edin.ALLAH SIZDEN RAZI OLSUN.

Ответ / Cavab

Aleykumussalam

Salavat zamanı əli üzə çəkməyə ümumən ehtiyac yoxdur. Əli üzə duadan sonra salavat deyərkən çəkmək müstəhəbdir və bu zaman iki əli də çəkmək daha məqsədəuyğundur.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 18 Апрель, 2014
milaya |

Salam...men destemaz alarken ayagima mes ceken yeri qurulayiram sonra cekirem,birdende olur duz elemirem yeniden qurulayib cekirem duzmu edirem?yoxsa bawdanmi bawlamaliyam destemaz almaga?...2) birde olarmiki subhu vaxtinda ,zohr esr namazini esrin vaxtinda,xuften wamida wamin vaxtinda qilim?..tewekkurler

Ответ / Cavab

Aleykumussalam

1. Dəstəmazın şərtlərindən biri də mivalatdır, yəni əməllərin fasiləsizliyi. Yəni dəstəmaz əməlləri arası başqa iş görmək olmaz. Ayağın birinə məsh çəkildisə, sonra başqa bir iş görmədən o birinə çəkilməlidir. Arada nəsə başqa əməl etmək dəstəmazı pozar.

2. Bəli, qıla bilərsiz

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 18 Апрель, 2014
**** |

salam.siz mene gece namazinin qilinma qaydasini oyrede bilersiz? internetde vidyosunu axtardim ama tapammadim

Ответ / Cavab

Aleykumussalam

Saytımızın ana səhifəsində qaydası var.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 18 Апрель, 2014
Ehli-Beyt Asiqi |

Salam bilmek isterdim ki xanim ginekoloq iwleye bilermi bu gunahdirmi

Ответ / Cavab

Aleykumussalam

Xeyr, günah deyil

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2014 , Опубликовано: 18 Апрель, 2014
Страница 3759 из 9050 << < 3755 3756 3757 3758 3759 3760 3761 3762 3763 > >>
© 2016 All right reserved www.islam.az waplog